ORIFLAME BEAUTY AWARD müsabiqəsində iştirak et

STOKHOLMA YOLLAN

MÜKAFAT STOKHOLMDA TƏLİM VƏ

10.000 AZN

dəyərində müqavilə

ORIFLAME BEAUTY AWARD VİZAJİST YARIŞMASINDA MÜSABİQƏSİNDƏ İŞTİRAK ET

Şaul Moalem

Dünyanın aparıcı vizajistlərindən biri, Make Up Institute Stockholm-un əsas ustası və direktoru

Qalib Stokholmda makeup institunun direktoru Şaul Mualemin təlimində iştirak edəcək. Həmçinin 10.000 azn dəyərində müqavilə qazanacaq

İştirak üçün nə etmək lazımdır?

Bütün Azərbaycana səs salacaq irimiqyaslı tədbirə start veririk. Vizajistsən?  Özünün makiyajda bacarıqlı və fərqli olduğunu düşünürsən? Elə isə yarışmamızda iştirak et və qalib olmaq şansı qazan!
  • Qalib Stokholma yollanaraq Makeup İnstitutunun direktoru Şaul Mualemin vizajistlər üçün təlimində iştirak edəcək.
  • Həmçinin 10.000 AZN dəyərində müqavilə qazanacaq
Qalib olmaq üçün nə etmək lazımdır?
  1. 4 maya qədər qeydiyyatdan keç. (öz işlərini qeyd emək mütləqdir)
  2. Vizajistlər arasında keçirilən yarış günlərində iştirak et
  3. Qalib ol!
Qeydiyyatdan sonra seçilmiş iştirakçılar ən yaxın şəhərdə keçirilən yarışmalardan birində iştirak edə bilər. Yarışmanım qalibi münsiflər tərəfində seçiləcək.
Münsiflərin seçəcəyi 1 nəfər qalib Stokholmda təlim və Oriflame ilə 10.000 AZN dəyərində müqavilə qazanacaq!
Müsabiqəyə seçildiyiniz halda Sizə ətraflı məlumat veriləcək.

Müsabiqədə iştirak etmək üçün heç bir ödəniş tələb olunmur.

Müsabiqənin keçiriləcəyi şəhərlər:

Bakı

Sumqayıt

Gəncə

Xaçmaz

Zaqatala

Bərdə

Hər bir iştirakçı özünə yaxın şəhərdə keçirilən yarışmada iştirak edə bilər.
Final Bakıda keçiriləcək.

Oriflame vizajistləri

komandasının bir üzvü ol

və Stokholma səyahət et!

Qeydiyyat qaydaları

Qeydiyyat zamanı öz işlərinizdə ibarət linki qeyd etməyiniz xahiş olunur.Öz işlərinizin linki qeyd edin. (Məsələn instagram, facebook səhifələrinizin linkini).Sosial şəbəkələrdə işləriniz yoxdursa, gördüyünüz işlərin şəkillərini yükləyin.
İşlər əlavə olunmayan qeydiyyat qəbul olunmayacaq.

Müraciət ilə bağlı hər hansı bir çətinliyiniz yaranarsa bizim email ünvanımıza yaza bilərsiniz:

 Oriflame Beauty Award mükafatı müsabiqəsinin
keçirilmə qaydaları

  1. Ümumi müddəalar:
    • Müsabiqənin təşkilatçısı “Oriflame MMC” (daha sonra təşkilatçı adlandırılacaq. Hüquqi ünvan: Bakı şəh, Azərbaycan prospekti 14, Telefon: +9941231031071/72.
    • “Vizajistlər üçün Oriflame Beauty Award mükafatı” (bundan sonra- “Müsabiqə”) adı altında keçirilmiş müsabiqə istehlakçıların diqqətini cəlb etmək və Oriflame ticarət nişanı altında Müştərilərin məhsullarına olan loyallığını artırmaq və istehlakçılar arasında Oriflame ticarət nişanı altında məhsulların müsbət imicini yaratmaq məqsədi daşıyır.
  2. Mükafat və müsabiqənin keçirildiyi ərazi:
    • Müsabiqənin mükafat fondu Təşkilatçı hesabına formalaşdırılır.
    • Müsabiqə Azərbaycan Respublikasının ərazisində keçirilir.
    • Müsabiqə Azərbaycan Respublikasının vətəndaşları üçün https://www.beautyaward.az və http://az.oriflame.com saytında keçirilir.
  3. Müsabiqənin keçirilmə müddəti və qalibə hədiyyənin təqdim olunması:
    • Müsabiqə 1 Aprel 2020-ci ildən 30 Sentyabr 2020-cu il tarixinə qədər davam edəcək.
    • Qeydiyyat tarixi 13 Martdan 4 may 2020-ci il tarixi daxil olmaqla davam edəcək.
    • Müsabiqənin mərhələ müddətləri:

Mərhələ 1 Seçim mərhələsi

13 Martdan 6 Aprel 2020-ci il tarixi daxil olmaqla davam edəcək qeydiyyat mərhələsi

Mərhələ 2 Yarışma

15 Apreldən 30 Avqust 2020-ci il tarixlərində davam edəcək.

Mərhələ 3 Final – 18 Aprel 2019-cu il tarixində baş tutacaq.

  1. Müsabiqənin iştirakçıları
    • Müsabiqənin iştirakçıları 18 yaşına çatmış, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və AR vətəndaşları olan şəxslər (AR vətəndaşının şəxsiyyət vəsiqəsi olan şəxslər) olmalıdır. İştirakçılar Təşkilatın əməkdaşları və nümayəndələri, Təşkilatçı ilə əlaqəli şəxslər, onların ailələrinin üzvləri, həmçinin Müsabiqənin təşkili və keçirilməsində iştirak edən digər hüquqi şəxslərin əməkdaşları və ailələrinin üzvləri ola bilməz.
    • Müsabiqədə iştirak etmək iştirakçının Müsabiqə şərtləri ilə tanış olub razılaşmağı deməkdir.
  2. Müsabiqənin mükafat fondu (daha sonra – “mükafat” adlandırılacaq)
    • Qalib “Oriflame Beauty Award Mükafatının Qalibi” statusu, Təşkilatçı tərəfindən ödənilmiş hava limanından Stokholm şəhərinə (İsveç) və hava limanı marşurutu üzrə İsveçin Stokholm şəhərinə 4 (Dörd) gecədən az olmayan, qalmaq və gündə 3 (Üç) dəfə qidalanma (uçuş ekonom klasla, Təşkilatçının seçdiyi aviaşirkətlə, qalmaq 3* ulduz mehmanxanada) səyahət sertifikatı və 27 oktyabr 2020-dən 29 oktyabr 2020 tarixi çərçivəsində Freyqatan 73, 113 26 Stokholm, İsveç ünvanında yerləşən Stokholmun Vizaj institutunda (MAKEUP INSTITUTE STOCKHOLM) təlim (təlim materialları ilə təmin olunacaq) qazanır.
    • Stokholmun Vizaj institutunda (MAKEUP INSTITUTE STOCKHOLM) təlimi bitirəndən sonra Qalib əsas mükafat olan “Oriflame Beauty Award Mükafatının Qalibi” satusunu və 1 il ərzində (1 yanvar 2021-ci il – 31 Dekabr 2021-ci il tarixləri ərzində) ümumi məbləği 10 000 (On min) manat 00 qəpik təşkil edən xidməti müqavilə qazanacaq. Müqavilənin məbləği müqavilənin qüvvədə olduğu dövr ərzində göstərilən xidmətin müqabilində bərabər paylara bölünərək ödəniləcək.
  3. Müsabiqənin mexanikası

Müsabiqənin iştirakçısı olmaq üçün, lazımdır:

  • www.beautyaward.az saytında qeydiyyat formasının dolduraraq aşağıdakıları qeyd etmək:

– Ad və soyad (doldurulması mütləq olan xana)

– Yaşadığı yer (doldurulması mütləq olan xana)

– Əlaqə üçün electron ünvan (doldurulması mütləq olan xana)

– Mobil telefon nömrəsi (doldurulması mütləq olan xana)

– Portfolionun linki (doldurulması mütləq olan xana)

– Sosial şəbəkələrdə gördüyü işlərin linki

  • 3 (üç) iş həftəsi ərzində iştirakçı ilə Təşkilatın nümayəndəsi iştirakçının seçmə mərhələsində iştirakını təşkil etmək üçün əlaqə saxlayacaqdır.
  • Seçmə mərhələsi iştirakçı “Oriflame” ticarət nişanı altında Müştərinin məhsullarını istifadə edərək, “Makiyaj üzrə Master Class” mövzusunda müsabiqə işi təqdim etmə tədbirindən ibarətdir (master-klass üçün bir sıra məhsullar Təşkilatçı tərəfindən pulsuz təqdim olunur və master-klassdan sonra qaytarılır). Müsabiqə işi tamaşaçı səsverməsi yolu ilə qiymətləndirilir.  Bölgələr üçün isə seçilmə münsiflər tərəfində həyata keçəcək.
  • Yarımfinala cəmi 10 iştirakçı keçir.
  • 10 yarımfinalçı Oriflame ticarət nişanı məhsullarından istifadə edərək makiyaj üzrə video-dərslər təqdim etmə tapşırığı alır.
  • Finala 3 iştirakçı keçir.
  • Müsabiqənin finalında, 3 (üç) finalçı bir Müsabiqə tapşırığı alacaq və müəyyən bir müddət ərzində (minimum 1 saat) Müştərinin məhsullarını Oriflame ticarət nişanına əsasən istifadə edərək Final Müsabiqəsinin Məqsədinə uyğun bir makiyaj modeli yaratmalıdır. (bir sıra məhsullar Təşkilatçı tərəfindən pulsuz təmin olunur). Nəticə müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndirilir. Münfiflər heyəti Müsabiqənin qalibini elan edir.
  1. Müsabiqə işinə tələbatlar
    • Müsabiqədə iştirakına icazə verilmir:
      • Tərkib hissəsi AR qanunvericiliyinə zidd olan işlər (İşlər spirtli içkilərin istifadəsinin (yayılmasının) təbliğatı, tütün məmulatları, vətəndaşların şərəf və ləyaqətini ləkələmək, qanunsuz hərəkətlərin təşviq edilməsi, zülm və ya şiddət, vətəndaşların dini mənsubiyyətlərinə təhqir etmək; mətndə yalan sözlər söyləyərək, müstəsna və təhqiramiz obrazlar, müqayisə və ifadələr, cinsiyyət baxımdan münasibət, irq, millət, peşələr, sosial kateqoriyalar, yaş, vətandaşın vəinsanın dili, rəsmi dövlət simvolları (bayraqlar, emblemlər, himnlər), dini simvollar, Azərbaycan Respublikasının xalqlarının mədəni irsinin (tarixi və mədəniyyət abidələri), eləcə də mədəni irs məkanları, Dünya İrsi Siyahısı daxil olmaqla bu xarakterli olmamalıdır), Erotik məzmunlu işlər, habelə mal və xidmətlərin reklamına yönəldilmiş işlər.

Bu Qaydaların pozulması halında, İştirakçının Müsabiqə İşi Müsabiqədə iştirakdan kənarlaşdırıla bilər və Təşkilatçı bu iş üçün diskvalifikasiya tədbirləri ala bilər.

  • Təşkilatçı yüklənmiş Müsabiqə İşinin Müsabiqə Qaydalarına uyğun gəlmədiyi, habelə İştirakçı qeyri-qanuni şəkildə müəlliflik hüququ obyektləri və digər üçüncü şəxslərin hüquqlarından istifadə etdikdə iştirakçıdan Müsabiqə işini qəbul etməkdən imtina etmək hüququnu özündə saxlayır. Təşkilatçı, İştirakçıya onun Müsabiqə işinin qəbul olunmama səbəbinə açıqlama verməkdən imtina etmək  hüququnu özündə saxlayır.

7.3. İştirakçı, Müsabiqə işinin bu Qaydaların 7. maddəsində göstərilən qaydada yerləşdirmək hüququnu  Müsabiqənin keçiriləcəyi müddət ərzində, bu Qaydaların 3. maddəsində göstərildiyi kimi Müsabiqə işinin tam və ya qismən (Təşkilatçının qərarına uyğun olaraq) dərc olunmasını, ictimai icra, internetdə yerləşdirmək yolu ilə ictimaiyyətə çatdırılma, törəmə iş yaratmaq məqsədi ilə Müsabiqə işinin redaktə olunması yolu ilə emal edilməsi hüquqlarını Müsabiqə Təşkilatçısına həvalə edir. Müsabiqə İştirakçısı Təşkilatçıya  həmçinin, Müsabiqə işində, qısaltma və ya əlavələr etməklə, Müsabiqə işinə şəkillərdən istifadə etmələ artırmaq,  müqəddimə, son söz, şərhlərlə və ya istənilən izahlar əlavə etməklə istənilən dəyişiklik etməyə icazə verir. Bu maddədə göstərilənləri həyata keçirərkən Təşkilatçıdan Müsabiqə iştirakçısı və ya Müsabiqə İşinin müəllif hüquqları sahibindən əlavə razılıq əldə etməsi tələb olunmur. Müsabiqə iştirakçısı və/və ya üçüncü şəxslər bu bənddə göstərilən hüquq və icazələrin verilməsi üçün hər hansı bir haqqın ödənilməsini tələb etmək hüququna malik deyildir.

  1. Müsabiqə İştirakçısının hüquq və vəzifələri:
    • İştirakçının hüquqları:
      • İştirakçının Müsabiqə Qaydalarına uyğun olaraq Müsabiqənin Qalibi elan edildiyi təqdirdə mükafatın verilməsini tələb etmək.
      • Müsabiqə qaydalarında edilmiş dəyişikliklər barədə informasiya almaq.
    • İştirakçı təyin edilmiş bu Qaydalarla Müsabiqədə intizamla iştirak etmək hüququna malikdir. Qaliblər Qaydaların 12. maddəsinə uyğun olaraq təşkilat tərəfindən mükafatın verilməsi üçün vacib olan düzgün məlumatları Müsabiqə Təşkilatçısına çatdırmalıdır.

İştirakçının vəzifələri:

  • Müsabiqə Qaydaları ilə tanış olmaq;
  • Müsabiqə Qaydalarına şərhsiz riayət etmək;
  • Müsabiqənin keçirilməsi və mükafatların verilməsi məqsədi ilə müsabiqədə iştirak etdiyi ilə bağlı onun şəklini, şəxsi məlumatlarını, Müsabiqə işini, müsahibələrini və ya onun haqqında digər materialları istifadə etmək hüququnu, habelə hazırlıq zamanı və Müsabiqə barədə reklam və informasiya materiallarını qeyri-məhdud müddətə və məhdudiyyətsiz ərazilərdə və heç bir ödəniş tələb etmədən istənilən qaydada istifadə etmək hüququnu Təşkilatçıya həvalə etmək;
  1. Müsabiqə Təşkilatçısının hüquq və vəzifələri:
    • Təşkilatçının Hüquqları:
      • Müsabiqənin təşkilatçısı bu Qaydalarda və mövcud AR qanunvericiliyində nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir.
      • Bu Müsabiqə Qaydalarında göstərilən hərəkətləri yerinə yetirməyən və ya tələblərə riayət etməyən İştirakçıya mükafat verməkdən imtina edir.
      • Bu Qaydaların pozulmasına yol verən istənilən şəxsin müsabiqədə sonrakı iştirakına qadağa qoyur;
    • bu Qaydalar və Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, habelə hər hansı mübahisəli hallar istisna olmaqla, iştirakçılarla yazılı danışıqlara və ya digər əlaqələrə daxil olmamalı;
    • Müsabiqənin hər hansı bir aspekti planlaşdırıldığı kimi həyata keçirilə bilməzsə, kommunikasiya şəbəkəsindəki nasazlıqlar səbəbi ilə, icazəsiz müdaxilə, texniki nasazlıqlar və ya digər səbəblər istisna olmaqla Təşkilatçının şüurlu nəzarəti kənarında Müsabiqənin yerinə yetirilməsinə, təhlükəsizliyinə və ya lazımi qaydada keçirilməsinə təsir göstərən səbəblərdən dolayı Müsabiqənin keçirilməsini birtərəfli qaydada saxlamaq və ya dayandırmaq;
    • Müsabiqə haqqında reklam və digər materialları istənilən ictimai resurslarda yerləşdirilməsinə icazə vermək;
    • Təşkilatçı bu Qaydaların 3.2. maddəsində müəyyən edilmiş dövrün ilk yarısında bu Qaydalara dəyişiklik etmək hüququnu özündə saxlayır və bunun haqqında www.oriflame.az saytında məlumat yerləşdirməklə vaxtında müsabiqənin bütün iştirakçılarını məlumatlandırmağı öhdəsinə götürür.
      • Təşkilatçının vəzifələri:
        • Müsabiqəni bu Müsabiqə qaydalarına uyğun olaraq keçirmək.
        • Bu Müsabiqə Qaydalarına uyğun olaraq qalib kimi tanınacaq iştirakçılara mükafatları təqdim etmək.
        • Vergi agentinin funksiyalarını Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirmək.
  1. Hazırki qaydalar ictimai müsabiqə, yəni müsabiqə Təşkilatçısının açıq təklifi olub, onda iştirak etmək üçün oriflame.az saytında «Oriflame Beauty Award» müsabiqəsi haqqında məlumat yerləşdirmək.
  2. Müsabiqə Qaliblərinin müəyyənləşdirilməsi qaydası.
    • Bu Qaydaların 5. maddəsində göstərilən Müsabiqənin Qaliblərinin (mükafat sahiblərinin) müəyyən edilməsi 3.3. maddədə göstərilən müddətdə aparılır və aşağıdakı qaydada həyata keçirilir:
      • Təşkilatçı müsabiqənin Qaliblərini müəyyən edən 1 (bir) şəxsdən ibarət Müsabiqə Komissiyasını yaradır. Qalib bu Qaydaların 5. maddəsində göstərilən mükafatı alır.
      • Müsabiqə komissiyası Təşkilatçı tərəfindən Müsabiqənin bütün dövrü üçün təyin edilir.
      • Müsabiqə keçirilməsinin nəticələri qətidir.
      • Müsabiqənin qaliblərinin müəyyənləşdirilməsi Müsabiqə Komissiyasının sədri və onun bütün üzvləri tərəfindən imzalanmış protokolla təsdiqlənir və Təşkilatçı tərəfindən Müsabiqə başa çatdıqdan sonra 3 (üç) il müddətinə saxlanılır.
      • Bu Qanunun 3.4. maddəsində göstərilmiş müddətdə, Təşkilatçı Müsabiqənin nəticələrini və Müsabiqənin qaliblərin siyahısını internet səhifəsində dərc edir. oriflame.az
    • Müsabiqə işinin qiymətləndirilmə meyarları:
  • Bu müsabiqənin mövzusu ilə işin uyğunluğu
  • Vizajın ustalığı
  • Orijinallıq və estetiklik
  1. Mükafatların alınma qaydası:
    • Finalistlərin mükafatı, finalistlərin bu qaydalarla müəyyən olunmuş bütün öhdəlikləri  yerinə yetirməsindən  sonra  yarımfinal mərhələsinin keçirilməsindən sonra verilir.
    • Qaliblərin mükafatları final mərhələsinin keçirilməsindən sonra bu qaydalarda göstərilən Qaliblərin bütün öhdəliklərini yerinə yetirməsindən sonra verilir.
  2. Müsabiqə iştirakçılarının məlumatlandırılması qaydası və metodu:
    • Müsabiqə İştirakçılarının məlumatlandırılması Müsabiqənin keçirildiyi müddət ərzində məlumat və qaydaların İnternet qlobal şəbəkəsində oriflame.az ünvanında yerləşdirilməsi ilə aparılır.
    • Müsabiqə nəticələri barəsində məlumatlandırma:

Müsabiqə İştirakçıları və Qaliblər Müsabiqədə qeydiyyat zamanı təqdim olunan elektron poçt ünvanına məktub göndərilməklə məlumatlandırılırlar.

  • Müsabiqə iştirakçılarını onun keçirilməsinin vaxtından əvvəl dayandırılması barədə məlumatlandırılması:

Müsabiqə vaxtından əvvəl dayandırıldığı halda, bu barədə bildiriş Təşkilatçı tərəfindən www.oriflame.az saytında dərc ediləcək.

  1. Əlavə şərtlər
    • Finalistlərin və Müsabiqə Qaliblərinin –mükafat sahiblərinin müəyyən olunması təsadüfi xarakter (“ehtimal”) daşımır, bu Müsabiqə Qaydalarına uyğun olaraq Müsabiqə Komissiyasının seçimi əsasında müəyyən olunur.
    • İştirakçılara bu Müsabiqə Qaydalarına riayət etmədikdə mükafatlar verilmir.
    • Təşkilatçının Müsabiqənin keçirilməsinə aid olan bütün məsələlər üzrə qərarı qətidir və yenidən baxılması mümkün deyil.
    • Təşkilatçı Müsabiqə haqqında əlavə məlumat yerləşdirmək hüququnu özündə saxlayır.
    • Finalistlər və müsabiqə qalibləri (və mükafatın qəbul-ötürülməsi aktının imzalanması) tərəfindən mükafat alındığı andan sonunadək təsadüfən ölüm, itki və ya zərər riski vardır.
    • Təşkilatçı Müsabiqə İştirakçıları ilə yazılı danışıqlara və ya digər əlaqələrə girməmək hüququnu özündə saxlayır.
    • Müsabiqədə iştirak etmə faktı İştirakçılara, onların adları, atasının adı, foto və video materialları, habelə müsahibələr və onlar barəsində digər materialların reklam və digər kommersiya məqsədləri üçün, istənilən formada, bütün dünya ölkələrinin ərazisində, qeyri-məhdud müddət ərzində və heç bir ödəniş edilmədən Oriflame ticarət nişanı altında məhsulların bazarda tanıdılması məqsədi ilə istifadə oluna biləcəyinin şərtsiz razılığını ifadə edir.
    • Əgər mükafat “Almaqdan imtina”, “Müsahib ayrıldı”, “Müsahib görünmür”, “Saxlama müddəti bitmişdir” və ya Qalibin mükafatdan şifahi, yazılı imtina etdiyi və/və ya Qalibin Təşkilatçının sorğularına cavab vermədiyi təqdirdə, bu hərəkətlər imtina hesab olunur, mükafat isə onun sahibi tərəfindən yenidən tələb edilə bilməz. Bu halda alınmamış mükafatlar üçün tələblər qəbul edilmir.
    • Bütün Müsabiqə İştirakçıları Müsabiqədə iştirakı ilə bağlı (məsələn, heç bir məhdudiyyət qoyulmadan iştirakçıların hərəkəti və İnternetə çıxış ilə bağlı xərclər) özləri tərəfindən yaradılan bütün xərcləri müstəqil şəkildə ödəyirlər.
    • Müsabiqədə iştirak, İştirakçının Müsabiqə Təşkilatçısına, Müsabiqə Təşkilatçısının tərəfdaşlarına Müsabiqənin keçirilməsi məqsədilə fərdi məlumatların işlənməsinə razılıq verməsi faktını təsdiqləyir. Fərdi məlumatların işlənilməsi, Müsabiqə Təşkilatçısı, tərəfdaşlar, Müsabiqə Təşkilatçıları adından fəaliyyət göstərən şəxslər tərəfindən “Şəxsi məlumatlar haqqında” AR qanunu ilə nəzərdə tutulmuş prinsiplərə və qaydalara uyğun olaraq həyata keçiriləcəkdir. (bundan sonra – “Şəxsi məlumatlar haqqında” qanun )

Müsabiqədə iştirak etmə faktı Müsabiqə İştirakçısının  Müsabiqə Təşkilatçısının, tərəfdaşların, Müsabiqə Təşkilatçısı adından çıxış edənlərə onun şəxsi məlumatlartının istənilən yollarla, Müsabiqənin keçirilməsi üçün vacib olan məqsədlər üçün və intizamla işlənilməsinə  müstəqil, konkret, məlumatlandırılmış və şüurlu razılıq ifadəsidir.

Bu Qaydaların məqsədləri üçün istifadə olunan şəxsi məlumatlar Müsabiqə İştirakçılarının şəxsi məlumatlarıdır –Müsabiqə iştirakçıları şəxsi məlumatların subyektləridir – “Şəxsi məlumatlar haqqında” Qanunda nəzərdə tutulmuş qaydada. Fərdi məlumatların işlənməsinə razılıq müsabiqənin iştirakçısı tərəfindən Müsabiqənin bütün müddəti boyunca və müddət başa çatdıqdan sonra 5 (beş) ilədək verilir.  Müsabiqə iştirakçısı istənilən vaxt fərdi məlumatların işlənilməsi razılığını ləgv etmək hüququna malikdir və bu, Müsabiqə Təşkilatçısına göndərilən məbləği təsdiq edən məktubu ilə birlikdə göndərilir. Müsabiqə iştirakçıları “Şəxsi məlumatlar haqqında” Qanunda nəzərdə tutulmuş şəxsi məlumat subyektlərinin digər hüquqlarına malikdirlər. İştirakçı tərəfindən şəxsi məlumatların işlənməsinə razılıq verilməsindən imtina avtomatik olaraq Müsabiqədə iştirakdan çəkilməyə səbəb olur və müsabiqə mükafatını almaq imkanı qeyri-mümkün edir. Müsabiqə  Təşkilatçısı, İştirakçının şəxsi  məlumatlarının işlənilməsi ilə bağlı razılığı ləğv etməzdən  öncə mükafat tələb etdiyi halda, bu cür mükafatla İştirakçıya  imtina etmə  və ya geri qaytarılmasını  tələb etmək haqqına sahibdir. (eynisi və ya ekvivalentində). Müsabiqə təşkilatçısı İştirakçı tərəfindən şəxsi məlumatların işlənilməsi razılığının ləğvi ilə bağlı bildirişi aldıqdan sonra onların işlənilməsini dayandırmaq və bu prosedurun Müsabiqə Təşkilatçısı adından fəaliyyət göstərən şəxs tərəfindən ləğv edilməsinə  və şəxsi məlumatların işlənilməsi məqsədi ilə şəxsi məlumatların qorunmasına artıq gərək qalmadığı hallarda və razılığın ləğv edilməsi bildirişinin alındığı təqvimdən 90 (doxsan) gündən gec olmamaq şərti ilə şəxsi məlumatları ləğv etmək və ya onun ləğv edilməsini (şəxsi məlumatların işlənilməsi Müsabiqə Təşkilatçısı adından hərəkət edən başqa bir şəxs tərəfindən həyata keçirilirsə) təmin etmək, bu “Şəxsi məlumatlar haqqında qanuna” və digər  AR qanunlarına əsasən Müsabiqə Təşkilatçısının şəxsi məlumat subyektinin razılığı olmadan şəxsi məlumatları işlənmə hüququnun olması halı,  istisnadır.

Müsabiqədə iştirak etmək üçün İştirakçıların internet saytlarında qeydiyyatdan keçirərkən əlaqəsiz və (və ya) qeyri-dəqiq məlumatlar verməsi, habelə məlumatların təqdim edilməməsi və (və ya) səhv məlumatların təqdim olunması, Müsabiqənin Təşkilatçısını Müsabiqə Qalibinə mükafatın verilməsi öhdəliyindən azad edir və bu Müsabiqədən İştirakçının avtomatik olaraq Müsabiqədən çıxarılmasına gətirib çıxarır. Müsabiqədə iştirak üçün İştirakçıların qeyd etdiyi bütün fərdi məlumatlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik şərtlərinə əsasən qorunacaq.

  • Müsabiqədə iştirak etməklə İştirakçı dərk edir və razılaşır ki, Təşkilatçı və həmçinin hazırkı Müsabiqə Qaydalarında göstərilmiş sayt sahibləri üçüncü şəxslərin (istənilən digər İnternet istifadəçilərinin) müsabiqə işlərinə girişini istisna etmək və göstərilmiş şəxslər tərəfindən İştirakçı üçün onun müsabiqə işlərininə aid olan arzuolunmaz istənilən hərəkətlərin (sürətini çıxarmaq, yükləmək, şəxsi məqsədlərlə şəkillərin sonradan dəyişdirilməsi) qarşısını almaq imkanı yoxdur, bununla əlaqədar olan hər şeyin məsuliyyətini İştirakçı öz öhdəsinə götürür. Təşkilatçı və hazırkı Müsabiqə Qaydalarında göstərilmiş sayt sahibləri üçüncü şəxslərin qeyd edilmiş fəaliyyətinə görə, həmçinin İştirakçının şəxsiyyətinə, sağlamlığına, etibarına və s. dəymiş ziyan da daxil olmaqla, lakin bununla bitməyən hər hansı ziyana görə heç bir məsuliyyət daşımır.
  • Təşkilatçı, həmçinin Müsabiqənin təşkilatı və keçirilməsi üçün Təşkilatçı tərəfindən təyin edilmiş tərəflər əlaqə şəbəkəsi operatorlarının və ya İştirakçının kompyuterinin qoşulduğu internet-provayderin texniki xətalarına görə; İştirakçının kompyuterinin qoşulduğu mobil operator və ya internet əlaqəsinin fəaliyyəti/fəaliyyətsizliyinə görə məsuliyyət daşımır.
  • Müsabiqədə iştirak faktı İştirakçının hazırkı Müsabiqənin keçirilmə Qaydaları ilə tam razı olduğu deməkdir.
  • Hazırki Qaydalarda işlədilmiş terminlər yalnız hazırki Müsabiqəyə aiddir.
  • Hazırki Müsabiqəyə aid olan bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən nizamlanır.